Ölkə

Bu əlaqələr İkinci Qarabağ müharibəsi zamanı özünü göstərdi – İsmət Səttarov

Azərbaycan və Türkiyə mediası arasındakı əlaqələr İkinci Qarabağ müharibəsi zamanı özünü göstərdi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov “Demirören Holding”in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan “www.dhapress.com ” portalının təqdimatı mərasimində çıxışı zamanı deyib.

“Biz 3 il öncə bu zalda olmuşuq, Türkiyənin bir sıra media nümayəndələri ilə görüşmüşük. O görüşdən 2 ay sonra İkinci Qarabağ müharibəsi başladı. O zaman bir çox əlaqələr quruldu və o əlaqələr artıq İkinci Qarabağ müharibəsi zamanı özünü göstərdi. Bizim əlaqələrimiz gün keçdikcə dərinləşirdi. Yalnız Azərbaycan və Türkiyə mediası yox, bütün türk dövlətlərində bu birlik artır. Əminəm ki, güclərimizi birləşdirərək həm media, həm də digər sahələrdə də dünyada daha perspektivli bir mediaya çevriləcəyik – deyə İ.Səttarov bildirib.

Xatırladaq ki, “Demirören Holding”in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan “www.dhapress.com ” portalının təqdimat mərasimi baş tutub. “www.dhapress.com” layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə birgə media platformasının yaradılmasına dair irəli sürdüyü təşəbbüs çərçivəsində həyata keçirilib. Portalın unikal xüsusiyyəti Azərbaycan dilində xəbər lentinə malik olmasıdır. İlk dəfə Türkiyənin media bazarında Azərbaycan xəbərləri Azərbaycan dilində təqdim olunacaq.

Təqdimat mərasimində Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, “Demirören Holding”in rəhbəri Yıldırım Demirören, “Demirören Holding”in sədr müavini Məltəm Demirören, “DHA”-nın baş direktoru Cəlal Qorqud, Trend BİA-nın direktoru İlqar Hüseynov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Milli Məclisin deputatı Sevil Mikayılova, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyə və Azərbaycanın rəsmi şəxsləri və ictimai xadimləri, iki ölkənin işgüzar dairələrinin nümayəndələri, eləcə də Türkiyədə akkreditasiya olunmuş yerli və xarici KİV nümayəndələri iştirak ediblər.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button