Siyasət

“Bu, Cənubi Qafqazda ekoloji tarazlığı pozur”

Bu gün Ermənistanda fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələri köhnəlmiş avadanlıqlardan istifadə edir, heç bir ekoloji norma və standartlara riayət etmirlər ki, bu da ekologiyaya ciddi ziyan vurur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

O qeyd edib ki, Ermənistanın ekoloji normaları kobud şəkildə pozması ümumilikdə Cənubi Qafqaz regionunda ekoloji tarazlığı pozur.

“Ermənistanın dağ-mədən müəssisələri zəhərli kimyəvi tullantıları çaylara, ətraf mühitə buraxırlar ki, bu da Azərbaycanla sərhəddə də su resurslarına, ətraf mühitə böyük ziyan vurur, eyni zamanda, çaylarda yaşayan canlıları məhv edir”, – deyə o bildirib.

A.Qarayev vurğulayıb ki, Ermənistan bu zavodlardakı avadanlıqları yeniləmir və köhə avadanlıqlar ətraf mühitə daha böyük ziyan vurur.

“Heç bir müəsissənin avadanlıqları müasir texnologiyaların tələblərinə cavab vermir və bu avadanlıqlar yenilənmir. Ermənistanın bu əməli bütün region ölkələrinin, o cümlədən, Türkiyənin, Gürcüstanın da ətraf mühitinə ciddi ziyan vurur.

Ermənistan bu məsələdə beynəlxalq konvensiyaları kobud şəkildə pozmuş olur. Lakin təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Ermənistanın bu qanunsuz əməllərinə göz yumur. Beynəlxalq təşkilatlar hər zaman məsələyə ikili standartlarla yanaşırlar. Beynəlxalq hüquq, ədalət onları maraqlandırmır”, – deyə A.Qarayev əlavə edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button