Ölkə

Bu çimərliklər təhlükəlidir: boğulmalar çox olur

Çimərlik mövsümünün başlanması ilə dənizə üz tutanların sayı artıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Xəzər dənizindəki boğulmaların hamısı nəzarət edilməyən ərazilərdə baş verib.

Qeyd edilib ki, bölgələrdə, xüsusən də nəzarətsiz, qeyri-çimərlik ərazilərdə boğulma riski daha çoxdur.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Aqşin Əlilinin sözlərinə görə, çimmək üçün riskli hesab edilən ərazilərdə sualtı axınlar normadan artıq olur.

Şöbə rəisi sualtı təhlükələrin çox olduğu əraziləri də açıqlayıb.

O qeyd edib ki, Sabunçu rayonu, Şüvəlan, Bilgəh, Nardaran, Novxanı və Goradil qəsəbələrində yerləşən nəzarətsiz çimərliklər təhlükəli ərazi kimi qeydə alınıb və burada baş verən boğulma hadisələrinin sayı çoxdur.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button