Bu da Puqaçova və Qalkinin Kiprdəki dəbdəbəli mənzillərinin
Xəbər verdiyimiz kimi, Rusiyanın Xalq artisti Alla Puqaçova əkiz övladları Harri və Liza ilə birgə İsraildən qaçaraq, Kiprə köçüblər. Puqaçova və Qalkinin dəniz sahilində 2 milyon avroya (təxminən 3,5 milyon manat) villa aldıqları barədə şayiələr yayılıb.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu günlərdə məlum olub ki, müğənni və komediyaçı villa deyil, mənzil alıb.
Aralıq dənizi sahilində elit hündürmərtəbəli binada təxminən 10 milyon avro dəyərində penthaus (indiki məzənnə ilə – təxminən 18 milyon manat).
Bu, Avropada dənizin birinci xəttində yerləşən ən yüksək yaşayış kompleksidir. Onun hündürlüyü 170 metrdir. 37 mərtəbəli bina Limassolun əsas küçələrindən biri olan “28 Oktyabr” prospektində, çimərliyə yaxın birinci cərgədə yerləşir.
Binanın panoramik pəncərələri dənizə baxır, eyvandan suyun və aşağıda yerləşən şəhərin təsirli mənzərəsi var. Binada cəmi 84 mənzil var – hər mərtəbədə üç. Sahəsi 400 kvadratmetrdən çox olan, bütöv bir mərtəbəni tutan mənzillər və bir neçə mərtəbədə yerləşən çoxmərtəbəli mənzillər də var.
Xatırladaq ki, cütlüyün yeni yaşayış yeri kimi Kipri seçməsi heç də təsadüfü deyil. Belə ki, hələ 2017-ci ildə onlar burada əmlak alıb və investisiya müqabilində bu ölkənin vətəndaşlığını alıblar. Kipr pasportu 167-dən çox ölkəyə sərbəst səyahət etmək və bir neçə Aİ ölkəsində qalmaq imkanı verir.
Qeyd edək ki, Rusiyanın Xalq artisti Alla Puqaçova həyat yoldaşı Maksim Qalkin və iki övladı ilə bərabər Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək, İsrailə köçüblər. Onların hətta İsrail vətəndaşlığı aldığı da ortaya çıxıb.
Milli.Az