Ölkə

Bu gecə saat 01:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ

Bu gecə Bakının Nəsimi rayonunun bəzi küçələrində elektrik enerjisinin verilişi dayandırılacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Milli.Az “Azərişıq” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, paytaxtın Nəsimi rayonunda elektrik şəbəkəsində həyata keçirilən təmir işləri ilə əlaqədar sentyabrın 28-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 01:00-dan saat 06:00-dək Azadlıq prospekti, Mirəsədulla Mirqasımov, Mirəli Qaşqay, Xan Şuşinski, Möhsün Sənani, Həsən Əliyev, Ceyhun Hacıbəyli, İmran Qasımov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button