Ölkə

Bu gün Bakıda 32° isti olacaq

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Milli.Az-a bildirib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. 

G.Məmmədova deyib ki, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir  leysan xarakterli yağış yağıb.

Onun sözlərinə görə, düşən yağıntının miqdarı aylıq normanın 20 %-ni təşkil edib:

“Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Hazırda zəif şimal-şərq küləyi əsir”. 

Qurum rəsmisi qeyd edib ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu  27-32 dərəcə isti, çimərliklərdə dəniz suyunun temperaturu 24-27 dərəcə isti təşkil edəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button