Bu gün cərimələnən tiktoker görün kim imiş – Oğlu anasından utanırmış…
Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkə paylaşımları ilə müzakirələrə səbəb olan Renka ləqəbli tiktokçu polisə dəvət olunub. Buna səbəb onun canlı yayım zamanı özünün azyaşlı oğlunu alçaltması olub. Belə ki, o, “Nə edirəm oğulu? Mənə oğul lazımdır?” – deyə fikirlər səsləndirib. Bu da izləyicilər tərəfindən xoş qarşılanmayıb. Rəna Cəfərova barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, həmin maddə əsasında 700 manat məbləğində cərimələnib.
Tiktokerin cərimələnməsi ilə bağlı onun arxiv videosu yenidən gündəmə gətirilib. Videoda oğulun anasından utanması və bu səbəbdən də səsini çıxartmamasını xahiş etməsi əks olunub.
Qeyd edək ki, bir neçə il əvvəl sözügedən tiktoker oğlunun yanında çəkilən açıq-saçıq videoları sosial şəbəkələrdə yayılmışdı.
Aygün
Milli.Az