Uncategorized

Bu gün, “Gənc Qazilər” İB-nin İdarə Heyətinin iclası keçirilib.

İclasda, Oktyabr ayında görülən işlər, rayon Filial sədrləri ilə işin təşkilinin nəticələri, ümumi yaranmış problemlər haqqında dinləmələr keçirildi. Yaranmış problemlərin bir neçəsinin həlli istiqamətində işlər görüldüyü vurğulandı.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

İctimai Birliyin sədri Hacı Vəliyev çıxış edərək bildirdi ki, Qazilərin, Veteranların ümumi yaranmış bir çox problemlərinin həlli istiqamətində hələ də aidiyyəti dövlət qurumları tərəfindən heç bir iş görülməyib. Məsələn: Qazilərə vaxtında və düzgün əlillik dərəcəsinin təyin edilməsi, rayon icra strukturları tərəfindən Qazilərə, Veteranlara diqqət və qayğının artırılması, Veteranların 80 manat təqaüdünün artırılması, Qazilərin, Veteranların hər birinin işlə təmin edilməsi istiqamətində demək olar heç bir iş görülməyib.

Tədbir təşkili üzrə rəhbər çıxış edərək bildirdi ki, qarşıdan 8 Noyabr Zəfər bayramı gəlir. Hər il olduğu kimi İctimai Birliyin kollevtivi 8 Noyabr saat 10:00 da Qurd Qapısının yanında toplaşıb, oradan Şəhidlər Xiyabanını ziyarət edək. Təklif dərhal qəbul edildi.

Daha sonra NTK (Nəzarət Təftiş Komissiyası) sədri çıxış edərək bildirdi ki, İctimai Birliyin nəzdində Daxili Qoşun (DQ) Sərhəd Qoşunu (SQ) və Xüsusi Təyinatlı Qüvvələr (XTQ) Şöbəsi yaradaq. Əsaslandırdı ki, bu qoşun növündə xidmət etmiş Qazilər, Veteranlar həmən şöbələrə üzv olsunlar. Təklif səsə qoyuldu və qəbul edildi.

Tibb məsələləri üzrə rəhbər çıxış edərək bildirdi ki, son zamanlar Qazilərin müayinə, müalicəsi və diaqnozlarının düzgün yazılması istiqamətində çox ciddi problemlər, süni əngəllər yaradılır. Əslində bu problemlər əvvəllər də olub, lakin indi geniş vüsət alıb. Belə ki, biriləri Azərbaycan Respublikası Səhiyyə NazirliyiTƏBİB tabeliyində olan xəstəxanalara qanunsuzluq olaraq göstəriş verib ki, Qazilərin diaqnozunu 187 N qərara uyğun yox qərarda olmayan diaqnozlarla yazın. 187 N qərarda olmayan diaqnozlar Qazilərin əlillik dərəcəsi almasına çox ciddi əngəl yaradır.

“Gənc Qazilər” İB olaraq, Səhiyyə Nazirliyi və TƏBİB rəhbərliyini Qazilərə qarşı kimlərinsə qanunsuz tapşırıqlarını yerinə yetirməməyə, Dövlət cinayəti etməməyə, qanunun aliliyini qorumağa çağırırıq.

Yaranmış problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət edəcəyik.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button