Bu gündən ibtidai siniflər üçün 5 günlük tətil başlayır

Ramazan bayramı ilə bağlı məktəblərdə tətil günləri açıqlandı

Bu gündən ümumi təhsil pilləsinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə yaz tətil günləri başlayır.

Milli.Az xəbər verir ki, Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının 2.5.3-cü yarımbəndinə əsasən tətil 1-5 may tarixlərini əhatə edir.

6 may şənbə, 7 may isə bazar gününə təsadüf etdiyindən, məktəbəhazırlıq qrupları və ibtidailər üçün tətildən sonra ilk dərs günü mayın 8-də olacaq.


Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir