Ölkə

Bu kəndə paylayıcı su xətləri çəkilsə də sakinlər suya həsrətdir…

İsti yay günlərində sakinlər içməli su əldə etməkdə çətinliklə üzləşirlər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, onlar məcbur qalaraq bu sudan istifadə edirlər. Görüntülər Sabirabadın Qalağayın kəndindəndir.

Kənd sakinləri qeyd edirlər ki, bir neçə il bundan əvvəl kəndin bir hissəsinə paylayıcı su xətləri çəkilərək bulaqlar quraşdırılsa da, amma yerdə qalan hissədə işlər yarımçıq qalıb. Nəticədə sakinlər içməli suyu suvarma üçün nəzərdə tutulmuş kanallardan götürürlər.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirildi ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına uyğun olaraq 2017-ci ildə Sabirabad rayonunun 18 yaşayış məntəqəsində, o cümlədən Qalağayın kəndində müvafiq layihəsi icra olunub. Layihə çərçivəsində kənddə paylayıcı su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün bulaqlar quraşdırılıb. Sakinlərin qeyd etdiyi ərazi layihədən kənardır. Oraya daxili imkanlar hesabına yaxın vaxtlarda su xəttinin çəkilməsi nəzərdə tutulur. Həmin vaxta qədər kəndə maşınlarla suyun verilməsi təmin ediləcək.

Sabirabad suvarma sistemləri idarəsindən bildirilib ki, Sabir kanalına su nasoslar vasitəsilə Araz çayından vurulur. Tərkibində heç bir çirkli qarışıq yoxdur və suvarmada istifadə edilə bilər. ”Çox isti hava şəraitində kanaldakı axın zəif olduğuna görə suyun rəngi dəyişib”-deyə məlumatda bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button