Ölkə

Bu kənddə yaşayan 1000 sakin poçt xidmətindən istifadə edə bilmir

Yevlaxın Hürüuşağı kəndində yaşayan minə yaxın sakin məktub, bağlama göndərmək  və komunnal xərcləri ödəmək üçün qonşu kəndlərə və ya Mingəçevir şəhərinə getmək məcburiyyətindədilər. Çünki bir ildən artıqdır bu yaşayış məntəqisində yerləşən poçt şöbəsinin fəaliyyəti dayandırlıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Mingəçevir-Bəhrəmtəpə yolunun üzərində yerləşən kəndin sakinlər bildirir ki, poçt binası 10 ildən artıqdır ki, fəaliyyət göstərirdi. Amma bir ildən çoxdur ki, həmin binanın qapısına qıfıl vurulub. Fəaliyyəti dayandırılan Hürüuşağı poçt şöbəsi sakinlərin işini əməlli başlı çətinə salıb.

Kəndlilər bildirir ki, işıq, qaz, telefon, internet və digər xidmətlərə görə ödənişləri etmək üçün Mingəçevir şəhərinə və ya Yevlax rayonuna getmək məcburiyyətində qalırlar. Buda həm vaxt itkisinə, həm də əlavə xərcə səbəb olur.

Hürüuşağı kəndində yaşayanlar bildirir ki, poçt şöbəsinin bağlanması ilə bağlı adiyyatı qurumlara məlumat veriblər. Onlara yığımın az olmasını, bu səbəbdən bağlandığı bildirilib. Sakinlər isə deyilənlərlə razılaşmayraq əvvəlki illərdən fərqli olaraq hazırda daha çox ödəniş etdiklərini bildirirlər.

Azərpoçtun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova “Xəzər Xəbər”ə  bildirdi ki, sözügedən kənddə poçt xidmətlərinə tələbat az olduğuna görə, filialın fəaliyyəti dayandırılıb. Təkcə 2022-ci ilin ilk 9 ayında cəmi 693 məktub və 7 bağlama göndərilib. Bu da gün ərzində orta hesabla 2-3 məktub deməkdir ki, bunun üçün ayrıca şöbənin fəaliyyət göstərməsi səmərəli hesab olunmayıb. O da qeyd olunmalıdır ki, vətəndaşların rahatlığının təmin olunması üçün həmin şöbənin xidmətləri ona 4,5 km məsafədə yerləşən eyniadlı poçt filialının Tanrıqulular kəndində yerləşən poçt şöbəsinə həvalə olunub.

Vətəndaşlar qeyri-poçt xidmətlərini təkcə poçt şöbələrində deyil, həmçinin alternativ ödəmə məntəqələrində də həyata keçirə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button