Ölkə

Bu kateqoriyadan olan tələbələr də kredit alacaq

Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Nazirlər Kabineti bununla bağlı mövcud qaydaya dəyişiklik edib. Əvvəllər sadəcə yüksək texniki peşə səviyyəsi üzrə təhsil alanlar tələbə kreditindən faydalana bilirdilər.

Məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu növ kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilir. 20 mindən çox tələbə təhsil kreditindən faydalanıb.

Qeyd edək ki, Təhsil Tələbə Krediti Fonduna notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron müraciət edərək kreditdən yararlanmaq mümkündür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button