Ölkə

Bu məhsulların ixracına görə gömrük rüsumları artırılacaq

Azərbaycan Prezidenti İlham Əliyev “Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər” və “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” 17 aprel 2001-ci il tarixli fərmanını ləğv edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, fərmanla Nazirlər Kabinetinə qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının ixracına tətbiq olunan gömrük rüsumlarının artırılmasını və müəyyən edilməsi ilə bağlı 3 ay vaxt verilib.

Həmiçinin Nazirlər Kabineti ixrac gömrük rüsumlarının ödənilməsindən yayınmanın qarşısının alınması üçün metal qırıntı və tullantılarının emalı nəticəsində əldə olunan məmulatlar üzrə ixrac gömrük rüsumlarının müəyyən edilməsini və mövcud ixrac gömrük rüsumlarının optimallaşdırılmasını 4 ay müddətində təmin etməli və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button