Ölkə

“Bu problem barışıq prosesi yolunda əsas maneədir”

İtkin düşmüş şəxslər problemi barışıq prosesi yolunda əsas maneə olaraq qalır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda videomüraciətində Serbiyanın keçmiş prezidenti Boris Tadiç deyib.

“İtkin düşmüş şəxslər problemi barışıq prosesi yolunda əsas maneə olaraq qalır.Müharibə yaşayan hər bir ölkə bu çağırışla üzləşir. Bununla bağlı olaraq, Azərbaycana bu məsələnin öhdəsindən uğurla gəlməyi arzu edirəm.

Tam əminəm ki, Azərbaycan ekspertlərin və itkin düşmüş şəxslərin axtarışından həqiqətən anlayışı olanların təcrübəsindən yararlanmağı planlaşdırır”, – deyə o vurğulayıb.

B.Tadiçin sözlərinə görə, itkin düşmüş şəxslər problemini kim həll etməyə çalışsa da, bu proses insanlar, etnik qruplar və dövlətlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üzrə gərgin əmək tələb edəcək. Bununla əlaqədar olaraq, o, Azərbaycan hökuməti tərəfindən bu cür konfransın təşkilini yüksək qiymətləndirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button