Ölkə

Bu qədər ərazi minadan təmizlənib

2020-ci ilin noyabrından bu yana 95 min hektardan çox ərazi minadan təmizlənib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

“30 minə yaxın piyada əleyhinə mina, 17 minə yaxın tank əleyhinə mina və 40 mindən çox partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. 305 nəfər isə mina qurbanı var. Onlardan 57-i nəfəri həyatını itirib, qalanları isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – deyə sədr əlavə edib.

Qeyd edək ki, sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna “İmprotex” Şirkətlər Qrupunun istehsalı olan “Revival P” minatəmizləmə maşını ianə olunub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button