Ölkə
Bu qızı görənlər təcili polisə xəbər versin
Şirvanda 14 yaşlı qız həyatdan bezməsinə dair məktub yazıb evdən gedib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini 2010-cu il təvəllüdlü Nərgiz Ziyadi evdən çıxıb və geri qayıtmayıb.
Yaxınları onun məktub yazdığını deyirlər. Evdən çıxarkən əynində cins şalvar və ağ köynək olub, boyu 1,5 metrdir.
Bu barədə polisə də məlumat verilib. Onu görənlərdən 102 xidmətinə, Şirvan Polis Şöbəsinin 02121 5 14 50, 055 759 09 59 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun