Ölkə

Bu qurumun əməkdaşları ağır qəza keçirdi – Ölən və yaralananlar var

Tərtərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qəza zamanı “VAZ-2106” markalı avtomobillə “Opel” markalı minik maşını toqquşub. Nəticədə “VAZ-2106″da olan sərnişin, Ağdam rayon sakini 24 yaşlı Kənan Novruzov hadisə yerində həyatını itirib.

Qəza zamanı Bərdə rayon sakinləri – 26 yaşlı Nurlan Şirinov və 59 yaşlı Qabil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Milli.Az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı həyatını itirən və xəsarət alan şəxslər Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin əməkdaşlarıdır. Onların Tərtərdən monitorinqdən qayıdarkən qəzaya düşdüyü bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button