Ölkə

Bu rayon sakinlərinə xəbərdarlıq EDİLDİ: saat 09:00-dan ETİBARƏN…

İyulun 31-də Şamaxı rayonunun bir hissəsində, Ucarda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Milli.Az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Qeyd edilir ki, Şamaxı şəhəri daxil olmaqla, rayonunun 1 qəsəbəsinin və 13 kəndinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 31.07.2023-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “Şamaxı” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin görüləcək təmir işləri ilə əlaqədar 31.07.2023-cü il tarixində saat 09:00-dan “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək” QPS-dən qidalanan “Lək 1-ci xətt” ölçü qovşağından da qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri planlaşdırılan müddətdə Şamaxı rayonunun bir hissəsinin, Ucar rayonu üzrə əhali qrup istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button