Ölkə

Bu rayonda bir həftədə 2-ci körpə ölümü

Zaqatalada daha bir yeni doğulan körpə ölüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib.

Rayonun Yuxarı Tala kənd sakini Pərvana Şahid qızı İsgəndərova 04.11.2024-cü il tarixində qeysəriyə yolu ilə körpə dünyaya gətirib. Ötən gecə yeni doğulan cinsi oğlan olan körpə Zaqatala RMX-nın doğum şöbəsində dünyasını dəyişib.

Xatırladaq ki, bu, bir həftə ərzində rayonda ikinci yeni doğulan körpə ölümüdür. Noyabrın 1-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasında körpə ölümü qeydə alınmışdı. Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü şəxsin doğuşu baş tutsa da, 3500 qr çəkidə ölü döl doğulub.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button