Ölkə

Bu rayonda küçə zibilliyə çevrilib – VİDEO

İmişli rayonu, Mirzə Ələkbər Sabir küçəsində yol kənarı zibilliyə çevrilib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, zibil qutularının olmaması səbəbindən hər tərəf tullantılarla doludur.

Ərazidə sahibsiz küçə itləri də təhlükə saçır.

Sakinlərin sözlərinə görə, yaşadıqları vəziyyət uzun müddətdir ki, bu vəziyyətdədir.

Əraziyə atılan tullantıların vaxtında təmizlənməməsi səbəbindən vəziyyət bu həddə çatıb.

Sakinlər ərazinin təmizlənməsi üçün aidiyyəti üzrə dəfələrlə müraciət etdiklərini, amma görülən tədbirlərin effektiv olmadığını deyirlər.

Məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyətinin tabeliyində olan Mənzil Komunal Təsərüfatı İstehsalat Biriyindən bildirilib ki, qeyd olunan  ərazidə yaşayan sakinlərin qurumla heç bir müqaviləsi yoxdur. Onun  üçün də həmin ərazi onların xidmət sahəsinə aid deyil. ”Əgər orda yaşayan sakinlər müqavilə bağlayıb aylıq ödənişlərini həyata keçirsələr, onda əraziyə zibil qutuları qoyula və ora tullantılardan təmizlənə bilər”, – deyə bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button