“Bu səbəbdən düşmən asanlıqla irəliləyirdi…” – Polkovnikdən maraqlı detallar – VİDEO
1992-93-cü illərdə Qarabağda vəziyyət elə bir idarəolunmaz həddə çatmışdı ki, torpaqlarımız sürətlə işğal olunurdu. Bakıda baş verən hakimiyyət çəkişmələri, xəyanətlər, nizami ordunuzun olmaması, silah-sursat çatışmazlığı hər gün məğlubiyətlərə səbəb olurdu. Əldə olan silahlar da bəzən bilərəkdən məhv edilirdi.
Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə müsahibəsində təhlükəsizlik orqanlarının və 1-ci Qarabağ müharibəsinin veteranı, polkovnik Ağalar Əliyev bildirrib.
Onun sözlərinə görə, vəziyyət get-gedə daha da təhlükəli hal alırdı. Ağdamda ezamiyətdə olarkən çox təhlükəli hadisələrin şahidi olduq.
“Komandirlər, hansı ki, onların arasında rus əsillilər də var idi, artileriya mərmilərimizdən bilərəkdən kortəbii istifadə edir, koordinat olmadan atəş açıb mərmiləri sıradan çıxarırdılar. Ona görə də düşmən asanlıqla irəliləyirdi. Çünki ruslar erməniləri silahlandırır, onlara hərtərəfli kömək edirdi. Belə bir çətin dövrdə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi Azərbaycanı xilas etdi. Heydər Əliyevin qətiyyəti, böyük siyasi təcrübəsi ölkəmizi uçurumun astanasından qaytardı. Heydər Əliyev orduya, cəbhədədki əməliyyatlara nəzarəti ələ aldı, ciddi qayda-qanun yaradıldı. Tədricən ordu quruculuğna başlandı. Belə bir çətin dövrdə atəşkəs müqaviləsinin imzalanması daha böyük təhlükələrin qarşısını aldı. Ulu öndər deyirdi ki, cürətli sülh danşıqları aparmaq üçün qüdrətli orduya malik olmaq lazımdır. Azərbaycan hakimiyyəti iqtisadiyyatı inkişaf etdirməyə, ordu qurmağa başladı. Bugünkü uğurlarımızın təməli həmin illərdə ulu öndər tərəfdinən atıldı”, – deyə A.Əliyev əlavə edib.
Milli.Az