İdman

Bu tədbirin Bakıda keçirilməsi üçün danışıqlar aparılır

Azərbaycan və Beynəlxalq Şahmat Federasiyası (FIDE) Şahmat üzrə İddiaçılar Turnirinin Bakıda keçirilməsi ilə bağlı danışıqlar aparır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Bakıda keçiriləcək Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Dünya Kuboku ilə bağlı mətbuat konfransında deyib.

O vurğulayıb ki, şahmat üzrə dünya çempionatının növbəti dəfə Azərbaycanda keçirilməsi beynəlxalq idman təşkilatlarının ölkəyə olan etimadından xəbər verir.

M.Məmmədovun sözlərinə görə, Bakıda keçiriləcək Dünya Kubokunda 300-dən çox idmançı mübarizə aparacaq.

“İndiyə qədər bu qədər şahmatçı qəbul etməmişdik. Əminəm ki, həm şahmata baxmağı sevənlər üçün, həm də təbii ki, şahmatçıların özləri üçün ən yaxşı şərait yaradılacaq. Həmçinin inanıram ki, şahmatçılarımız bu yarışda layiqli yer tutacaqlar”, – deyə Azərbaycan Şahmat Federasiyasının prezidenti əlavə edib.

Qeyd edək ki, müsabiqə iyulun 30-da başlayacaq və avqustun 25-dək davam edəcək.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button