Ölkə

Bu tarixdə Azərbaycanda ən qısa gündüz olacaq

2023-cü ildə qış fəslinin (Qış günəş duruşu) Azərbaycana daxil olması dekabrın 22-si saat 07:27:19-a təsadüf edəcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumatda bildirilib.

Qış günəş duruşu zamanı Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur.

Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur.

Önümüzdəki qış fəslin uzunluğu 88 gün 23 saat 38 dəqiqə 02 saniyə olacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button