Ölkə

Bu vaxtadək qiyamət qopmayacaq

Rəvayət edilir ki, Adiy ibn Hatim demişdir: “Mən Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun – yanın­da olarkən iki nəfər şikayətə gəldi. Onlardan biri kasıbçılıqdan, digəri isə yol kəsən qul­durlardan şikayət etdi. Peyğəmbər onları dinlədikdən sonra dedi: “Yol kə­sən qul­durlara gəlincə, az bir zaman keçdikdən sonra karvanlar yanlarında heç bir mühafi­zəçi aparmadan Məkkəyə yollanacaqlar. Kasıbçılığa gəldikdə isə, bilin ki, biriniz əlindəki sədəqə ilə gəzib-dolaşıb bunu ondan qəbul edəcək bir adam tapa bilməyəcəyi vaxt gəlməyincə Qiyamət qopmayacaq. Sonra siz Alla­hın hüzurunda duracaqsınız və sızinlə Onun arasında heç bir pərdə olma­ya­caq. Dediklərinizi tərcümə edəcək bir tərcüməçiniz belə olma­yacaq.

Sonra Allah Öz qulundan soruşacaq: “Mən sənə mal-dövlət verməmiş­dimmi?”

O: “Ver­miş­din”- deyəcək.

Sonra soruşacaq: “Mən sənə pey­ğəmbər göndərmə­miş­dimmi?”

O: “Göndərmişdin”- deyəcək. Bundan sonra o, əvvəlcə sağına, sonra da soluna ba­xacaq, lakin oddan başqa bir şey görməyəcək. Elə isə heç olmasa, yarım xur­ma sədəqə ilə özünüzü Oddan qoruyun. Bunu tapmasanız, onda gözəl söz da­nışmaqla özünüzü Oddan qoruyun.” (əl-Buxari, 1413).

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button