Uncategorized

Bu yolda hərəkət məhdudlaşdırılacaq – Sürcülərə XƏBƏRDARLIQ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Neftçilər prospektinin Dəniz Vağzalının qarşısından Yusif Səfərov küçəsinə qədər olan hissəsində yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri icra edəcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, sözügedən prospektdə hərəkət intensivliyi nəzərə alınaraq işlər gündüz və gecə saatlarında növbəli şəkildə icra olunacaq. Belə ki, üfüqi nişanlanma xətlərinin çəkilişi bu gün saat 10:00-dan 16:00-a qədər və saat 23:00-dan sabah saat 05:00-a qədər davam edəcək. Bu səbəbdən sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

İşlər yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə aparılacaq.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button