Ölkə

Bu yolla müharibə iştirakçılarına verilən müavinətlər arta bilər

Azərbaycanda müharibə iştirakçılarına verilən müavinətlərin hesablanması üçün mexanizm hazırlanması təklif edilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, belə bir təkliflə Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deputat Vüqar Bayramov çıxış edib.

O, qeyd edib i, müharibə iştirakçılarına verilən 80 manat müavinət kommunal xidmətlərin xərcinin ödənilməsi üçündür.

“Təklif edərdim ki, xüsusi bir mexanizm hazırlansın və həmin məbləğ kommunal xidmətlərin xərcinə uyğunlaşdırılsın. Çünki 80 manat müəyyənləşdiriləndə kommunal xidmətlərin xərcləri fərqli idi. İndi isə fərqlidir. Yəni hazırda kommunal xidmətlərin xərcində artımlar var. Amma bir mexanizm hazırlansa, kommunal xidmətlərin xərci artdıqca ona uyğun olaraq da pensiya pulu arta bilər. Bu, pensiya pulu ilə onu formalaşdıran xərc strukturu arasında bir əlaqə yaradar”, – deyə deputat əlavə edib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button