Ölkə

Bülbülün anadan olmasının 127-ci̇ i̇ldönümünə həsr olunmuş tədbi̇r keçi̇ri̇li̇b

Bülbülün Memorial Muzeyinin və Bülbül Vokal Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor Bülbülün anadan olmasının 127-ci  ildönümünə həsr olunmuş tədbir keçirilib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq dahi Bülbülün əziz xatirəsinin hər il olduğu kimi bu il də 24 il yaşadığı evdə yad edildiyini vurğulayıb. 

Tədbirdə Bülbül məktəbinin davamçısı, Əməkdar artist Ramil Qasımov çıxış edərək bu məktəbin davamçısı olduğundan qürur duyduğunu, Bülbül ənənələrini yaşatmaq, gələcək nəsillərə ötürmək məqsədilə yaratdığı Bülbül Vokal Məktəbindən bəhs edib.

Bülbülün anadan olmasının 127-ci ildönümünə həsr olunmuş tədbirdə Bülbül Vokal Məktəbinin tələbələri çıxış ediblər.

 

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button