Ölkə

“Bunlar bizi məhvə aparır” – VİDEO

“Mədəniyyəti öldürürlər. Düşüklük, cılızlıq dəbdədir. Bunlar hamısı insanlığı, bizi məhvə aparır”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri instaqramda canlı yayımda deyib. Sənətçi insanların bütün xatirələrini sosial şəbəkədə saxlamasından danışıb:

“Öz əlimizlə pulumuzu verib dijital dünyaya köçmüşük. Dünyamız sosial şəbəkələrdə keçir. Övladlarımızla, dostlarımızla oturanda belə hamının əlində telefon olur. Bizim fotolarımız, xatirələrimiz ancaq dijital aləmdədir. Əvvəl insanlara doğrunu çatdıran peyğəmbərlər var idi. İndi belə bir insan dünyaya gəlsə, dijital dünyaya bir virus ötürüb hər şeyi məhv etsə, görün nə olacaq: sizin bir kağız üzərində yazılan xatirəniz, fotonuz yoxdursa, real dünyada hər şeyi itirəcəksiniz. Xatirəsi olmayan insan insan deyil. Tarix nə qədər deformasiyaya uğrayıb? Hər gələn tarixi dəyişib. Amma buna baxmayaraq nənə nəvəyə danışmaqla tarixi bir-birinə ötürüb.  Bizim yaddaşımızı o qədər zibilləyiblər ki… Gün ərzində bizə lazımsız məlumatlar ötürülüb. Yaddaşımız elə doldurulub ki, yaddaşımız qalmayıb”.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button