Ölkə

“Bunu edənlər baxıb utanacaqlar?” Nazirlikdən ÇAĞIRIŞ

Xəzər sahilindəki çimərliklərin acınacaqlı vəziyyəti ilə bağlı həyəcan təbili çalınır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova öz sosial şəbəkə hesabında paylaşım edib.

“Bir həftə əvvəl də toplamışdıq bu yerləri. Təəssüf, çox təəssüf, yenə də nə qədər torba doldurduq kimlərinsə hara gəldi atdığı zibillərlə. İstirahət etdikdən sonra tullantıları dəniz sahilində atıb gedənlər baxıb utanacaqlarmı, görəsən?

Bir az, azacıq məsuliyyət hissi olsa, bəlkə, sürücü içdiyi suyun qabını yola atmaz, dondurma yeyən böyük-balaca onun kağızını yerə atmaz, istirahətə gələn yediyini-içdiyini yerə atmaz… Atmaz da, atmaz, amma atırıq ki, atırıq. Əfsus…

Tullantıları ətrafa atmamağı adətə çevirməliyik. Hamımız”, – deyə qurum rəsmisi paylaşımında qeyd edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button