Ölkə

Bunu kiməsə satıb özümü söydürə bilmərəm

“Yanacaqdoldurma məntəqəsinə girmişəm, dedim ki, bakı doldurun. Qiyməti soruşdum, dedilər ki, 110 manat. Özü də Aİ-92 istifadə edirəm. 4,2 matordur. Hamı deyir ki, maşını çoxdan sürürsən, niyə dəyişmirsən? Bu maşını məni aldadıb satıblar, kim alar bunu?”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı paylaşımında deyib. O bildirib ki, avtomobili köhnədir və yanacaq üçün çox pul xərcləyir:

“Həm də maşın artıq ailə üzvlərimdən birinə çevrilib. Elə bil tank saxlayıram. Sual verirlər ki, nömrəsini saxla, özünü sat. Aldanıb almışam, bunu heç kim almaz. Bunu kiməsə satıb özümü söydürə bilmərəm. Maşınımı sevirəm, ağ atımdır. Cızığı var, amma ağır qəza keçirtməmişəm. Allah ruzimi yetirsin, mən də benzini töküb sürüm. Bu maşın bizə dözür, başqası dözməzdi. 2007-ci ildə almışam, amma az sürmüşəm”. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button