Buzovnada dənizdə batan gənclərin meyitləri tapıldı – YENİLƏNİB – FOTO

09:28
Buzovnada dənizdə batan gənclərin meyitləri tapılıb.
Milli.Az “Qafqazinfo”ya istinadən bildirir ki, 23 yaşlı İsgəndər Əhmədov və 22 yaşlı Samir Əhədlinin meyitləri FHN xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Zərdab rayonunun Gəlmə kənd sakini olan S.Əhədli tələbə olub. O, Azərbaycan Texniki Universitetində təhsil alırmış.
——–
07:55
Bakıda iki nəfər Buzovna çimərliyində batıb.
Milli.Az bildirir ki, bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.
Boğulanlar 2002-ci il təvəllüdlü İsgəndər Ramiz oğlu Əhmədov və Samir Əhədli adlı şəxslərdir.
Hadisədən 3 gün keçsə də, batan şəxslərin meyitlərini tapmaq hələ ki mümkün olmayıb.
Onların axtarışları davam edir.
Qeyd edək ki, Samir Əhədli Azərbaycan Texniki Universitetinin tələbəsidir.
Milli.Az