Ölkə

Cəbrayıl Şəhəri Gününə həsr olunmuş konsert keçirilib

Cəbrayıl Şəhəri Gününə həsr olunmuş konsert keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

APA xəbər verir ki, konsertdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidentinin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, ziyalılar, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Cəbrayıl sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları konsertdən öncə Cəbrayılın qədim və müasir tarixinə, mədəni irsinə əsaslanaraq təşkil edilmiş sərgi ilə tanış olublar.

Konsertdə Xalq artistləri – Mələkxanım Eyyubova, Azər Zeynalov, Samir Cəfərova, Əməkdar artistlər – Yaqut Abdullayeva, Zahid Quliyev, Gülüstan Əliyeva, İlkin Əhmədov müğənnilər – Vüsal Zamanov, Güllü Muradova, Rəvanə Qurbanova, Taleh Hüseynli, İlhamə Qasımova, Sona Əzizova, Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Renesans” uşaq xoru çıxış ediblər.

Qeyd edək ki, ötən il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunur.

 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button