Ölkə

“Cəhənnəmə gedib qayıtdım”

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən amerikalı məşhur aktyor Ceymi Foks ilk dəfə xəstəliyindən danışıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor xəstəliyini gizli saxlasa da keçdiyi müalicə dövrünün onun üçün çətin olduğunu bildirib. O, vəziyyətinin pis olduğu üçün izləyicilərinin onu elə görmək istəmədiyini vurğulayıb:

“Ekranda gülürəm, əylənirəm, zarafatlaşıram. Filmlərdə rol alıram. İstəmirdim ki, ağzımdan çıxan boruları görəsiniz. Heç vaxt keçməyəcəyimi düşündüyüm bir şeydən keçdim. Cəhənnəmə gedib qayıtdım. Sağalmağım çətin idi, amma indi yenidən işləyə bilərəm”.

Aktyor görmə qabiliyyətini itirdiyi və yeriyə bilməməsi ilə bağlı yayılan xəbərləri də təkzib edib.

Qeyd edək ki, Ceymi hazırda uzun illər ekranlardan uzaqlaşan aktrisa Kameron Diaz ilə “Back in action” filminə çəkilir. O, apreldə çəkilişlər zamanı təcili olaraq xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button