Uncategorized

Cəmi nə qədər, Cəmil Həsənli?

Azərbaycanın müxalifət düşərgəsində özünü “əsl, natural, gerçək, real, mübariz və vətənpərvər” elan etmiş qrupun mənsubu, həmin qrupun az qala “ağsaqqalı” sayılan Cəmil Həsənli maraqlı etiraf edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Əslinə baxsaq, bu etiraf maraqlı deyil – sadəcə, mənasız və primitiv etirafı ciddi qələmə vermək üçün başqa yolumuz yoxdur.

Çox istərdik prezidentliyə sabiq namizəd Cəmil Həsənlini ciddi siyasətçi, müxalifət düşərgsinin strateqi, taktiki gedişlər ustası və s. və ilaxır kimi təqdim edək, alınmır.

Cəmil Həsənli deputat olub, alimdir, tarixçidir, babadır, yaşlı adamdır.

Onun ahıl sinnini nəzərə alaraq, ötənlərdən və keçənlərdən çox yazmırıq.

Nə də olsa, yaşlı, ömür xəzanında düşən yaşam yarpaqlarının xışıltısı daim qulağındadır.

Amma Cəmil Həsənli yaxşı, adekvat, normal siyasətçi deyil.

Ölkə müxalifətinin sanballı fiquru isə heç deyil.

Cəmil Həsənli müxalifət kəlməsini və ümumiyyətlə, sivil, demokrat müxalifətçilik idelogemlərini iflasa uğratmış insandır.

Onun “Milli Şura”dakı fəaliyyətinin dekstruktivliyi, şüarçı çıxışlar, mitinqlər eyforiyası zamanı verdiyi vədlər unudulmayıb.

Şəxsi yaşamına və ailə problemləri barəldə yazmaq istəməm – işimiz Cəmil Həsənlinin ailə fərdləri ilə deyil. Onun özü ilə də deyil – bayaq yazdığı kimi, ahıl adamdır, boş verin getsin.

İşimiz onun əməlləri ilədir.

“Soros Fondu” Azərbaycanda fəaliyyət göstərəndə Cəmil Həsənli az qala “Bhaqavat-Gita”ya və “Şri-Upanişad”a əl basır, and-qəsəm edirdi ki, haşa, onun Corc Sorosun təşkiltaları ilə heç bir əlaqəsi yoxdur.

Vurğulayırdı ki, “Soros Fondu” ilə sadəcə, sivil kommunikasiyalar səviyyəsindədir, vəssəlam.

Sonra da bu ifadələri mantra kimi təkrarlayırdı və yəqin ki, axirət dünyası üçün savab xalları qazanmağa can atırdı.

Fəqət, Cəmil Həsənliyə, onun əməllərinə, kimlərdən necə pul aldığına qismən də bələd olanlar əla bilirdilər ki, cənab alim-tarixçi Sorosun pullarından da yemlənir.

Amma o, israrla təkzib edirdi bunu.

İndisə etiraf zamanıdır.

“Sorosun fondu Bakıda fəaliyyət göstərəndə ayda cəmi 200 dollar maaş alırdım”, – deyir Həsənli.

200 ABŞ dolları məbləğində aylıq maaş indi oxucuların çoxlarına cüzi məbləğ təsir bağışlayır.

Söhbətin hansı dövrdən getdiyini unutmayaq: kamrad Həsənlinin o pulu aldığı dövrdə 200 dollar 5 nəfərlik ailənin Bakıda aylıq dolanışığı üçün normal məbləğ idi.

Amma və lakin “Soros Fondu” ilə Cəmil Həsənlinin münasibətlərinin sadəcə, ayda 200 ABŞ dolları məbləğində maaşla yekulaşdığını zənn etmək də sadəlövhlükdür. Eynən bu fərdə hələ də inanların davranışları və mövqeləri təki.

Ümid edirik ki, zaman gələcə, fani dünyadakı əməllərinə görə baqi aləmdə cavab verməyin qaçılmazlığını xatırlayan kamrad Həsənli “Soros Fondu”ndan nə zaman, hansı məbləğdə “qrant” vəsaiti aldığını deyəcək.

Hələliksə Cəmil Həsənli həmişəki ampluasına sadiq qalaraq cəfakeş və əzabkeş müxalifətçi, “Mən sabun bişirməmişəm!” deyən altruist insan obrazı yaratmağa çalışır, şəffalıq və paklıq əbası geyməyə çalışır.

Di gəl, o şoğərib əbanın ətəyi çox qısa olduğundan mini təsiri bağışlayır ki, bu da cəmaülmüxalifət Cəmil Həsənlini bir qədər naqolay göstərir.

Ol səbəbdən ahıl tarixçidən təvəqqemiz odur ki, xatakarlıq və dəcəllik etməsin, barmağını qovzayıb cahan həqiqətlərindən bəhs edərmiş kimi çeynənmiş ifadələr və boş şüarlarla baş qatmağa çalışmasın.

Yaş o yaş deyil, kamrad Həsənli.

Elçin Alıoğlu
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button