Uncategorized

Cənub Qaz Dəhlizi Azərbaycan və Britaniyanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə birgə töhfəsidir – Pərviz Şahbazov

Cənub Qaz Dəhlizi Azərbaycan və Britaniyanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə birgə töhfəsidir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramına – Kral III Çarlzın doğum gününə həsr olunmuş tədbirdə deyib.

Bizim enerji sahəsində əməkdaşlığımız qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır. Biz 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə təməli qoyulan enerji əməkdaşlığı layihələrimizin uğurla həyata keçirilməsini təmin etmişik. Bu gün biz BP şirkəti ilə ilə yaşıl enerji, dekarbonizasiya sahəsində əməkdaşlığımızı genişləndiririk. Cəbrayılda günəş elektrik stansiyasının tikintisi bu əməkdaşlığın inkişafına mühüm töhfə olacaq. Yaşıl enerjiyə keçid sahəsində əməkdaşlıq qeyri-neft sektorunda qarşılıqlı fəaliyyətimizi daha da şaxələndirir”, – deyə nazir bildirib.

Nazir Böyük Britaniya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrin həyata keçirilməsində, eləcə də ərazilərin minalardan təmizlənməsi prosesində iştirakını xüsusilə qeyd edib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button