Mədəniyyət

Cadenza Contemporary Orchestra mövsümün bağlanış konsertinə hazırlaşır

Cadenza Contemporary Orchestra 18 iyul saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında mövsümün bağlanış konsertini keçirəcək. “Sözsüz mahnı” adlı konsertdə əsasən orkestrin üzvləri solist kimi çıxış edəcək. Hər mövsüm ənənəvi olaraq keçirilən solistlərin konsertində bu dəfə Vəfa Kuznetsova (violin), Toğrul Abdullayev (violin), Sənubər Sultanova (violonçel), Mirxalid Məmmədzadə (fleyta), Rəna Rəhimovanın (viola) ifasında Antonio Vivaldi “İki violin üçün  a-moll konserti”, Felix Mendelssohn Bartholdy “Sözsüz mahnı”, Cecile Chaminade “Konsertino” və Qara Qarayev “Don Kixot” simfonik qravürlərindən “Səyahət” əsərləri ifa ediləcək. Həmçinin mart ayında orkestr tərəfindən təşkil olunmuş “2-ci qiraət vorkşopu: Pariturlar üçün Çağırış”ın qalibi olan Afaq Xəqaniqızının “Titrəyiş öncəsi Etobur çiçəyi” adlı əsəri (solist Elşən Məmmədov) ifa olunacaq. Qeyd edək ki, əsər Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan insanların xatirəsinə həsr olunub. Konsertə giriş sərbəstdir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

İnformasiya dəstəyi –  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button