Ölkə
Cavan Zeynallıya evlilik təklifi: “Qadın çox gözəldir, amma…”
Xalq artisti Cavan Zeynallı qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində ona edilən evlənmə təkliflərindən danışıb.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, 78 yaşlı cazmenin sözlərinə görə, xanımı vəfat edəndən sonra ona bir neçə qadın evlilik təklifi edib.
Sənətçi bu təkliflərin maddi maraq güddüyünü etiraf edib:
“Bu yaxınlarda qadınlardan biri mənə evlilik təklifi etdi. Dedi ki, Cavan müəllim, gəlin, evlənək. Özü də baxırsan qadın çox gözəldir. Deyir ki, sabah sizinlə zəngləşək. Amma bilirəm ki, o mənə bu təklifi evimin olduğuna görə edir”.
Qeyd edək ki, Cavan Zeynallının xanımı ötən il vəfat edib.
Milli.Az