Ölkə

Cavidan Novruz “Komedixana”dan bu səbəbdən ayrılıb – Layihə rəhbəri icazə vermədi ki…

Milli.Az bildirir ki, “Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Verilişin budəfəki qonağı aktyor Cavidan Novruz olub. Aktyor “Komedixana”dan ayrılma məsələsinə aydınlıq gətirib:

“May ayının 25-26-da Sumqayıtda konsert verməli idik. 25 may atamın ad günü idi. Onun vəfatından sonra ilk dəfə Akademik Milli Dram Teatrında atam üçün xatirə gecəsi keçiriləcəkdi. Bu haqda əvvəlcədən xəbərim yox idi. Truppa müdirinə zəng edib icazə istədim.

O, mənə dedi ki, 25-i atamın ad günü münasibətilə tədbirə hazırlaşırlar. Düşündüm ki, atama həsr olunan bu tədbirdə oğlu olaraq iştirak etməliyəm.

“Komedixana”nın layihə rəhbərinə də zəng edib məsələni bildirdim. Amma atamın xatirə gecəsində iştirak etməyimə icazə vermədi, dedi ki, mümkün deyil.

Bu hadisədən sonra aramızda heç bir müqəddəs bağ qalmadı. Həmin an hər şeyi bitirdim. Amma düşmənçiliklə yox, dostluqla ayrıldım”.

Cavidan Novruz bildirib ki, atası onun musiqi ilə məşğul olmasını istəmirdi:

“Hətta evdən çıxanda deyirdi ki, birdən çaşıb “Azəri Star”a, “Yeni Ulduz”a gedərsən, məni biabır etmə. Deyirdim ki, elə şey yoxdur. Mənə deyirdi ki, otur yerində, bayağı müğənnilərin sayını artırma”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button