Ölkə

Çaylarda daşqın və sel təhlükəsi ilə bağlı xəbərdarlıq…

İyunun 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 27-si axşamadək gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı gözlənilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətının Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O qeyd edib kı, yağıntıların intensiv və güclü olacağı ilə əlaqədar Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Asif Verdiyev sel təhlükəsi olan Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan çaylarda baş verə biləcək daşqınla əlaqədar həmin ərazilərdə çayların sahilində yaşayan və orada istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib.

O vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda eyni zamanda, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib.

“Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi gözləniləndir. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button