Uncategorized

Çempionlar Liqası: Bu gün “Qarabağ”ın rəqibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ”ın da ilk rəqibi bəlli olacaq. Mərhələnin ən yüksək reytinqli ikinci komandası olan Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlər sırasında yer alacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi

Səpələnmişlər: “Ferentsvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan), “Slovan” (Slovakiya), “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Jalgiris” (Litva), HIK (Finlandiya), “Flora” (Estoniya), “Şemrok Rovers” (İrlandiya), TNS (Uels), “Olimpiya” (Sloveniya), “Zrinski” (Bosniya və Herseqovina).
Səpələnməmişlər: “Linkoln” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), İlkin mərhələnin qalibi, “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Partizani” (Albaniya), “Haken” (İsveç), “Farul” (Rumıniya), “Valmieras” (Latviya), “Ballkani” (Kosovo), “Larne” (Şimali İrlandiya), “Urartu” (Ermənistan), “Hamrun” (Malta), “Hesperange” (Lüksemburq), “Struga” (Şimali Makedoniya).

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button