İdman

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, son oyun günündə 5 qarşılaşma baş tutub.

Azərbaycan təmsilçisi “Qarabağ” Polşada “Rakuv”a minimal fərqlə uduzub – 2:3.

Bu cütün qalibinin III raunddakı potensial rəqibləri olan Kipr “Aris”i ilə Belarus BATE-si arasında keçirilən matçda isə qapılara 8 top vurulub.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

26 iyul

21:00. “Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail) – 1:0

Qol: Amin Talal, 28

21:00. “Aris” (Kipr) – BATE (Belarus) – 6:2

Qollar: Yannik Qomis, 17 (penalti); 60. Leo Benqtsson, 32. Sidi Bane, 40 (avtoqol). Ceyden Montnor, 83. Mariuş Stepinski, 90+1 (penalti) – Artyom Kontsevoy, 48. Ruslan Xadarkeviç, 65

22:15. “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan) – 3:2

Qollar: Elvin Cəfərquliyev, 55 (avtoqol). Fabian Pyasetski, 71. Sonni Kittel, 90+1 – Redon Cica, 73; 75

22:45. “Luduqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya) – 1:1

Qollar: Dominik Yankov, 44 – Timmi Elşnik, 14

22:45. “Klaksvik” (Farer adaları) – “Haken” (İsveç) – 0:0

Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyunları 1-2 avqustda keçiriləcək.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button