Siyasət

Ceyhun Bayramov: Bizim Ağdamdan 16 Milli qəhrəmanımız var

Hər bir Azərbaycanlının ən böyük arzusu doğma Qarabağımızın azad edilməsi və bu torpağa qayıtması idi. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diplomatlarımızın da missiyası da bundan ibarət idi. Çünki 30 il ərzində onlar məhz bu məsələni beynəlxalq qurumların gündəliyində saxlayır və Azərbaycanın bu işğala olan barışmaz mövqeyini çatdırırdılar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Xarici İşlər naziri Ceyhun Bayramov Agdamda jurnalistlərə verdiyi açıqlamasında deyib.

Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra XİN-in İllik Səfirlər Müşavirəsi ilk dəfə olaraq, bir il bundan öncə Şuşada, bu il isə Agdam şəhərində oldu.

“Bu təsadüfi deyil, çünki XVIII əsrdə Qarabağ xanlığının möhkəmləndirilməsində Şuşa ilə yanaşı Ağdamın da böyük rolu olub. Agdam Birinci Qarabağ müharibəsində özünü müdafiə batalyonları yaradaraq ətraf rayonların işğal olunmasına imkan vermədi. Bu bölgə 6 min insan şəhid verdi, buradan 16 Milli qəhrəmanımız var. Buna görə də bizim proqram məhz Şəhidlər Xiyabanından başladı”, deyə nazir əlavə etdi.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button