Ölkə
Ceyhun Bayramov və Hakan Fidan TDT-nin institusional işinin gücləndirilməsini müzakirə edib
Görüşümüz zamanı biz qardaş ölkələrimiz arasındakı əlaqələri hərtərəfli müzakirə etdik, ətraflı fikir mübadiləsi apardıq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
“İqtisadi əlaqələrimizin çatdığı nöqtədən məmnunuq. Biz regional və qlobal problemlər ətrafında da fikir mübadiləsi apardıq. Türk Dövlətləri Təşkilatının institusional işini gücləndirmək üçün daha nələr edilə biləcəyi ilə bağlı bəzi fikirlərimizi bir-birimizlə bölüşdük”, – o qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun