Ölkə

CeyLo boşanma xəbərlərinə belə son qoydu

Bir müddət əvvəl barələrində boşanma xəbərləri çıxan məşhur cütlük Cennifer Lopez və Ben Afflek son sosial media paylaşımları ilə diqqət çəkib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar evlilik ildönümləri ilə bağlı paylaşım ediblər. İkili toylarından nadir görüntüləri izləyiciləri ilə bölüşərək bir-birilərinin ünvanına təbriklər yazıblar. 

Lopez fotoları həyat yoldaşına həsr etdiyi yeni bəstəsindən bir neçə sətirlə yayımlayıb:

“Bu gün toyumuzdan düz 1 il keçir… Əziz Ben, mən burada tək oturmuşam, üzüyümə baxıram, emosiyaya qapılıram. Bu, məndə oxumaq istəyi yaradır. Vaxtı geriyə qaytarmadan bunu necə bacardıq? Aman tanrım, bu mənim həyatımdır”.

Aktyor isə şəkillərə “Bir il əvvəl” qısa şərhini yazmaqla kifayətlənib.

Qeyd edək ki, bu, ifaçının Benə həsr etdiyi doqquz mahnıdan biridir və “This is me” albomuna daxil ediləcək. Onlar ötən il nikah masasına əyləşmişdilər. Cenniferlə Ben 2002-ci ildə görüşməyə başlamış və 2 illik münasibətdən sonra ayrılmışdılar. Cütlük 17 illik ayrılıqdan sonra yenidən bir araya gəliblər.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button