Ölkə

Ceylodan boşandığı gün “qonaqlıq” verəcək

Müğənni Cennifer Lopez və aktyor Ben Afflekin iki illik evliliyi bitmək üzərədir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük arasında nə baş verdiyi heç kimə bəlli olmasa da, tərəflər boşanmaq üçün məhkəməyə müraciət edib.

“In Touch Weekly”yə bir insayder deyib ki, aktyor boşandığı üçün çox xoşbəxtdir. Ben o qədər sevinir ki, boşandıqdan sonra dostları və ailəsi ilə böyük bir ziyafət planlaşdırır. O, əldə etdiyi azadlığı qeyd etmək istəyir.

“Ben sadəcə olaraq hər şeydən uzaqlaşıb həyatdan zövq almaq istəyir və yaxın dostlarını da özü ilə aparmaq niyyətindədir. O, Corciyadakı evində böyük bir ziyafət təşkil etməyi düşünür. Bu, bir növ ironikdir, çünki məkan onun və CeyLonun toyunun olduğu yerdir” deyə, insayder vurğulayıb.

Onun sözlərinə görə, başqa bir variant Las-Veqasdır. Məhz orada Cen və Ben rəsmi olaraq evləniblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button