Ölkə

Cığatelin nəvəsi bu maşında həlak oldu

Şair Cığatel İsaqızıya ağır itki üz verib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, onun 10 yaşlı nəvəsi vəfat edib. Bu haqda şair Nazilə Səfərli instaqram hesabında məlumat yayıb.

O bildirib ki, hadisə qəza nəticəsində baş verib:

“Cığatel İsaqızının oğlu ailəsi ilə Salyan istiqamətində istirahatə gedərkən maşının təkərində nasazlıq yaranıb. Təkəri dəyişmək məqsədi ilə maşını yolun kənarına çəkiblər.  Həmin an hərəkətdə olan digər avtomobil bu maşına çırpılır. Ciğatelin 10 yaşlı oğul nəvəsi həlak olub. Oğlunun isə ayaqları sınıb”.

Sözügedən hadisə Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.

Belə ki,  “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən – Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Azyaşlı qızı Cığatel də xəsarət alıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button