Uncategorized

Çindəki “Azərbaycan mədəniyyətinə pəncərə” pavilyonu ziyarətçi axını ilə seçilir – FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin Kommunist Partiyasının Benbu şəhər komitəsinin katibi Xuan Siaovu və Tayhu Dünya Mədəniyyət Forumunun rəhbəri Cen Çuansin ilə görüşüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ÇXR Kommunist Partiyasının Benbu şəhər komitəsinin katibi Xuan Siaovu Azərbaycanın Benbu şəhərinin “Qədim məskənlər” mədəniyyət parkına dəstək göstərən ilk ölkələrəndən olduğunu vurğulayaraq Heydər Əliyev Fondu tərəfindən parkda yaradılan “Azərbaycan mədəniyyətinə pəncərə” adlı milli pavilyonun qurulmasına görə təşəkkür edib.

2021-ci ildən fəaliyyət göstərən “Azərbaycan mədəniyyətinə pəncərə” pavilyonunun parka mütəmadi gələn ziyarətçilərin marağına səbəb olduğu bildirilib. Cənab Siaovu şəhərin turizm potensialının gələcəkdə artacağı səbəbindən parka və pavilyona da yüksək ziyarət axını olacağını qeyd edib.

Tayhu Dünya Mədəniyyət Forumunun rəhbəri Cen Çuansin ötən forumda Azərbaycanın fəxri qonaq qismində iştirakını və Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətinin mədəni əlaqələrin inkişafi baxımından əhəmiyyətindən söz açıb. O, gələcək forumlarda da Azərbaycanla əməkdaşlıq etmək niyyətini bildirib.

Qeyd edək ki, “Qədim məskənlər” parkında məhdud sayda xarici milli pavilyonlardan birinci fəaliyyətə başlayanı məhz Azərbaycan pavilyonu olub. Pavilyonda Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərini təmsil edən xalça və kilimlər, misgərlik, dekorativ yaradıcılıq və şəbəkə sənəti nümunələri, milli geyimlər, musiqi alətləri, habelə Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinə, tarixinə, ölkəmizin müasir inkişafına dair nəşrləri, milli suvenirlər nümayiş olunur. Bundan başqa, Azərbaycanın dahi şari və mütəfəkkiri Nizami Gəncəvinin büstü, “Xarıbülbül”, “Qız qalası” və “Ceyranlar” silsiləsindən heykəltəraşlıq əsərləri, Qobustan qayaüstü rəsmlərinin imitasiyası da eksponatlar sırasında yer alıb.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button