CINEMO və TikTok əməkdaşlığı inkişaf edir
Bu barədə Festivalının təsiçisi və direktoru Ruslan Sabirli məlumat verib: “Festival çərçivəsində keçən ildən başlayan TikTok ilə əməkdaşlığımız daha da inkişaf edir. İlk festivalda filmlərin nümayişi və Qaliblərin Mükafatlandırma Mərasimi Mərkəzi Asiya və Qafqaz üzrə TikTok yayımçıları icmasının rəsmi səhifəsində canlı nümayiş edilmişdir. Bu il də həmçinin eyni qaydada davam edəcək, amma bundan əlavə festivalımıza yeni bir nominasiya “CINEMO TikTok” nominasiyası əlavə etmişik. Bununla da bir ilkə imza atmışıq. Belə ki, festivalın media dəstəkçisi olan TikTok platformasında #Cinemo2024 müsabiqəsinə start verilib, CINEMO festivalı haqqında ətraflı məlumat yerləşdirilib. Qalibləri qiymətli canlı yayım avadanlıq dəsti gözləyir”.
Qeyd edək ki, müsabiqənin şərtləri ilə mobil tətbiqdə və ya aşağıdakı linkdə tanış olmaq mümkündür:
SBRLY tərəfindən keçirilən “Fikir çəkmə, telefona çək” sloqanlı CINEMO Beynəlxalq Mobil Film Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və TikTok platformasının dəstəyi ilə keçirilir.
Qaliblərin Mükafatlandırma Mərasimi Mərkəzi Asiya və Qafqaz üzrə TikTok yayımçıları icmasının rəsmi səhifəsində canlı yayımlanacaq.
Təqdim edilmiş filmlər arasından Münsiflər Heyəti qalibləri müəyyən edəcək. Festivalda iştirak şərtləri, filmlərə tələblər, mükafat fondu və s. barədə ətraflı məlumatı festivalın internet səhifəsindən almaq olar: www.cinemoff.com
Yaranmış bütün suallarla bağlı festivalın email ünvanına və sosial şəbəkə hesabları üzərindən müraciət etmək mümkündür:
Email: [email protected]
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.World