Ölkə

Çingiz Abdullayev parlamentin yeni tərkibindən gözləntilərini açıqladı

“Milli Məclisə növbədənkənar seçkilər Qarabağ məsələsinin yekun həllindən sonra ölkəmizdə keçirilən ilk parlament seçkiləridir. İşğaldan azad edilmiş rayonlardan deputatlar elə həmin ərazilərdə seçilir ki, bu da özlüyündə çox sevindirici haldır”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev deyib.

Xalq yazıçısı yeni deputatların Milli Məclisdə öz seçicilərini layiqincə təmsil edəcəklərinə ümid etdiyini bildirib.

“Seçkilər olduqca böyük əhəmiyyət kəsb edir, çünki bu, torpaqlarımızın işğaldan azad edilməsi məsələsinin gündəmində dayanmayan müstəqil Azərbaycanın ilk parlamenti olacaq. Ümid edirəm ki, dövlətin ali qanunverici orqanının yeni tərkibi xalqımızın, ölkəmizin rifahı naminə işləyib, əlindən gələni əsirgəməyəcək”, – deyə Çingiz Abdullayev fikrini yekunlaşdırıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button