Ölkə

Çingiz Mehdiyev məhkəməyə əsa ilə gəldi

“Formula 1″ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyev qəza keçirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Mehdiyev yol qəzasında xəsarət alıb.

Ayaqları tutulan təqsirləndirilən şəxs vəkillərinin yardımı və əsa ilə məhkəmə zalına gəlib.

Prosesdə bir nəfər şahid iştirak edib. O, istintaqdakı ifadəsini təsdiq edib.

Qeyd edək ki, Çingiz Mehdiyev “Formula 1” oyunlarının təşkili vaxtı vəzifə saxtakarlığı edərək 400 min manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Mehdiyev həbsdə deyil. O, ibtidai və məhkəmə istintaqı dövrü müddətində polisin nəzarətinə verilib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button